Nizami bələdiyyəsinin iclası baş tutub. Geniş tərkibdə keçirilən iclasda bələdiyyə qulluqçuları və məhəllə komitələri sədrlər iştirak edib.
iclasda Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev bələdiyyənin 2017-ci ildəki fəaliyyətinin yekunları haqqında hesabatla çıxış edib.
Çıxışında sədr bildirb ki, bu il müstəqilliyin möhkəmləndirilməsi, uğurlu islahatlar keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin gücləndirilməsi, ölkənin dünya birliyinə inteqrasiyasının davam etdirilməsi, Azərbaycanın iqtisadi və mənəvi cəhətdən yüksəlişi və digər nailiyyətlərlə əlamətdar olmuşdur. Bu mənada ölkəmizin inkişaf dövrünə nəzər salanda, görülən işləri müqayisəli şəkildə təhlil edəndə, faktları tutuşduraraq məntiqi əlavələri aşkara çıxaranda maraqlı və heyrətamiz nəticələrin şahidi oluruq. Bütün bunlar prezident cənab ilham əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin uğurlu nəticələri, konkret misallar əsasında isbata yetirən mühüm faktorlar sırasında yer alır. Elə bunun nəticəsində yerli özünüidarəetmə orqanlarının son 17 ildəki fəaliyyətinin dövlət tərəfindən verilən qanunlar və sərəncamlarla müstəqil olaraq idarə olunmasına zəmin yaranır.
Beləliklə, ötən dövr ərzində Nizami bələdiyyəsi bir çox məsələlərin həllində yaxından iştirak etmiş, insanların sosial müdafiəsini, onlara sosial müavinətlərin verilməsini təmin etmişdir.Yerli sosial müdafiə, yerli sosial inkişaf və yerli ekoloji proqramlarda əsas diqqət aşağıdakı sahələrə yönəldilmişdir
Sosial layihələrin icrasına toxunan sədr bildirib: “Aztəminatlı vətəndaşlara mütəmadi və birdəfəlik yardımların verilməsi, xeyriyyə, bayram tədbirlərinin təşkili, təhsil, səhiyyə, idman, cari təmir, abadlaşdırma, yaşıllaşdırma, kommunal xərclər və s. Hər il olduğu kimi 2017-ci ildədə Nizami Bələdiyyəsinin ictimai təşkilatlarla əlaqələri daha da möhkəmləndirilmiş və faydalı əməkdaşlıq qurulmuşdur: Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nizami rayon şöbəsi, Çernobıl əlilləri Cəmiyyəti, Qızıl Aypara Təşkilatı, əlillərin Sosial Müdafiə idarəsi, Böyük Vətən Müharibəsi Veteranları Birliyi. Ötən dövrdə qeyd olunan ictimai təşkilatlarla Nizami bələdiyyəsində işgüzar görüşlər keçirilmiş, müvafiq tədbirlərin təşkilinə dair müzakirələr aparılmış, təşkilatların üzvləri üçün bir sıra sosial yönümlü tədbirlər həyata keçirilmişdir.”
2017-cı ildə Nizami bələdiyyəsində vətəndaşların müraciətlərinə baxılması məsələsinə toxunan sədr bildirib ki, qeyd edilən məsələ daim diqqət mərkəzində saxlanılmışdır. icra aparatına vətəndaşlardan daxil olan ərizə, şikayət və məktubların qeydə alınması, onlara vaxtında baxılmasına nəzarət edilməsi, sənədlərin göndərilmə məsələlərinin həlli, vətəndaşların müraciətlərinə cavab verilməsi, bələdiyyə sədri, onun müavinlərinin qəbuluna yazılması və qəbulun keçirilməsi tərəfimizdən təşkil edilmişdir.
il ərzində birbaşa müraciət edən vətəndaşlar 5200 (beş min iki yüz) nəfər, müxtəlif idarə və dövlət təşkilatlarından bələdiyyəyə 290 (iki yüz doxsan ) ədəd ərizə və müraciət daxil olmuşdur. Daxil olmuş ərizə və müraciətlər əsasən: torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi, maddi yardım, asfalt örtüyünün salınması və abadlıq işlərinin aparılması, vətəndaşların istirahəti üçün oturacaqların qoyulması, yerli vergi və ödənişlər barədə olmuşdur.
Bələdiyyənin həyata keçirdiyi layihələr barəsində sədr bildirb:”Nizami Bələdiyyəsinin 01 iyul 2014-cü il tarixli, 02 saylı müqaviləyə əsasən Nizami Bələdiyyəsi ərazisində yaşayış binalarının bloklarına kodlaşdırılmış dəmir qapılarının qoyulması qərara alınmışdır. il ərzində 69 ədəd kodlaşdırılmış dəmir qapı hazırlanaraq binaların girişlərinə qoyulmuşdur. Sakinlərin yaşayış binalarının həyətlərində 290 ədəd oturacaq, 2 ədəd söhbətkeş quraşdırılmış, dəmir barmaqlıqlar hazırlanıb quraşdırılmışdır, Abad məhlə salınmış. Bələdiyyənin vəsaiti hesabına ümumilikdə il ərzində 2000-00 manat dəyərində yaşıllıq işləri aparılmışdır.”
Bələdiyyənin maliyyə vəziyyətinə toxunan sədr qeyd edib:
“Belə ki, 2017-ci il ərzində Nizami Bələdiyyəsinin gəliri 407.612-51 ( dörd yüz yeddi min altı yüz on iki manat, 51 qəpik) manat, Dövlət tərəfindən 55.000 ( əlli beş min) manat məbləğində dotasiya daxil olmuş, ümumilikdə isə Nizami bələdiyyəsinin gəliri 462.612-51 ( dörd yüz altmış iki min altı yüz on iki manat, 51 qəpik) manat olmuşdur.
Daxil olan vəsaitin ümumi xərci 457000-79 ( dörd yüz əlli yeddi min manat, 79 qəpik ) manat olmuş, bura daxildir əmək haqqı fondu 174726-47 (bir yüz yetmiş dörd min yeddi yüz iyirmi altı manat, 47 qəpik) manat, abadlıq işlərinə ( Nizami Bələdiyyəsi ərazisində yaşayış binalarının blok giriş qapılarının 2 taylı seyf qapı ilə əvəzlənməsinə 35065-42 ( otuz beş min altmış beş manat, 42 qəpik)manat, yaşayış binalarının həyətlərinə oturacaqların qoyulması 44650-67 ( qırx dörd min altı yüz əlli manat, 67 qəpik) manat, kommunal xərclərinə 17068-71 ( on yeddi min altmış səkkiz manat, 71 qəpik) manat, digər xərclər 14479.52 (on dörd min dörd yüz yetmiş doqquz manat, 52 qəpik) manat və maddi yardımların verilməsinə (sovqatların verilməsi, aztəminatlı ailələrin xəstə uşaqlarının dərman ləvazımatlarının alınması) 4830-00 ( dörd min səkkiz yüz otuz) manat vəsait ayrılmışdır.”
Məruzə ətrafında ciddi fikirmübadiləsində sonra sədrin hesabatı yekun sənəd kimi qəbuil edilib və geniş ictimaiyyətə çatdırılması qərara alınıb.
Belediyye.info
|
|
|
|
|
|